Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti nə qədər davam edəcək?

image-lbackend

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, cənub və aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur.

newsbaku.az  Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır.

R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub:

“Tozlu hava şəraitinin, meteoroloji vəziyyətdən asılı olaraq, üç gün ərzində davam edəcəyi gözlənilir”.

newsbaku.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki