Arda Turanın başçılıq etdiyi “Şaxtyor Donetsk” klubu yenidən Türkiyə klubu ilə qarşılaşa bilər.
newsbaku.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Ukraynanın “Şaxtyor Donetsk” klubu UEFA Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubunu məğlub edəcəyi təqdirdə pley-off mərhələsində Türkiyənin “Samsunspor” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Arda Turanın başcılıq etdiyi Ukrayna klubu daha öncə II təsnifat mərhələsində “Beşiktaş”ı məğlub edib (4:2, 2:0).
newsbaku.az