“Araz-Naxçıvan” braziliyalı futzalçı transfer edib

image-izobrazhenie_2025-08-05_110602942backend

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” braziliyalı futzalçı transfer edib.

Klub Aleksanderson Teyşeyra Barbosa ilə 1 illik müqavilə imzalayıb. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetısu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Naxçıvan klubu avqustun 27-də Şimali İrlandiyanın “Sparta” (Belfast), ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti” komandaları ilə qarşılaşacaq.

Bu qrupun oyunları Avstriyada keçiriləcək. Reqlamentə əsasən, yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

newsbaku.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki