AQTA-dan əhaliyə xəbərdarlıq

image-aqtabackend

Qida insan həyatı üçün vacib amildir. Xüsusilə yay günlərində yediyimiz qidalara diqqət yetirməliyik. Nə qədər diqqətli olsaq bir o qədər sağlamlığımızı qorumuş olarıq.

Bu barədə newsbaku.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlamasında bildirir ki:

“Yay aylarında havaların isti keçməsi ilə əlaqədar olaraq, qidalanmaya qarşı xüsusi diqqətli olmalıyıq.

Meyvə və tərəvəz qəbulunuzu artırın: yay fəsli təzə meyvə və tərəvəzlərin bolluğu mövsümüdür. Onlar vitaminlər, minerallar və bir çox faydalı maddələrlə zəngindir. Qida rasionuna daha çox giləmeyvə, qarpız, şaftalı, xiyar, pomidor, balqabaq və yaşıl yarpaqlı tərəvəzlər daxil etməyə çalışın.

Daha çox su için: İsti havalarda bədənimiz daha çox su itirir, odur ki su içmək çox vacibdir. Sutkada bədən kütləsinin hər kiloqramına 40 qram su qəbul edilməlidir. Yəni orta çəkili (70-75 kq) insan gündə 2-3 litr su içməlidir. Təravətləndirici təsir üçün suya həmçinin limon və ya nanə də əlavə etmək olar.

Ağır və yağlı qidalardan uzaq durun: İsti havalarda ağırlıq və narahatlıq yarada biləcək ağır və yağlı qidalardan uzaq durmaq daha yaxşıdır. Yüngül və təzə yeməklərə üstünlük verilməlidir.

Yüngül qidalara üstünlük verin: Balıq, toyuq, hinduşka, yumurta, paxlalılar və az yağlı süd məhsulları kimi yüngül protein mənbələrindən söhbət gedir. Onlar həm bədəni lazımi enerji ilə təmin edir, həm də doyumluluq hissi yaradır.

İşlənmiş, yəni emal olunmuş, konservləşdirilmiş qidalardan çəkinin: Çoxlu duz, şəkər və qeyri-təbii əlavələr ehtiva edən bu qidaların istehlakını minimuma endirməyə çalışın.

Bu qaydalara əməl etməklə, sağlamlığınızı və enerji səviyyənizi qoruyaraq yay aylarından həzz ala bilərsiniz”.

Nuranə Məmmədova
newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki