Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı var? – RƏSMİ AÇIQLAMA

image-1200-1backend

“Rusiyanın Amur bölgəsində “An-24″ təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur”.

Bu barədə newsbaku.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

image-640-1
Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində bütün sərnişinləri həlak olub.
newsbaku.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki