Xocavənd və Ağdərədə YANĞINLARIN söndürülməsinə aviasiya cəlb olunub

image-qqcoyjhcujket08uwwe3omajwtilurk2nn6zj0il_1200backend

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə  FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də, yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki