“Ultra Company” şirkətinin baş direktoru, IT mütəxəssisi Məhəmməd Zülfüqarlının oğlu Toğrul Zülfüqarlı bədbəxt hadisə nəticəsində vəfat edib.
newsbaku.az xəbər verir ki, 2007-ci il təvəllüdlü yeniyetmə Bakının Nəsimi rayonundakı çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
newsbaku.az