Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
newsbaku.az Oxu.Az-ın sorğusuna istinadən bildirir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 9-u, saat 10:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 51 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb. Digər xəsarət alan 21 yaşlı (qadın cinsli) şəxs qapalı kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.
newsbaku.az