“Səs Azərbaycan”ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

image-albinabackend

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.

newsbaku.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva “Facebook” hesabında məlumat verib.

“Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən “I am Jazzman” müsabiqəsinin finalçısı olub, “Səs Azərbaycan” (“Azərbaycanın səsi”) proqramında iştirak edib.

newsbaku.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki