“Qarabağ” UEFA Çempionlar Liqasında neçənci yerin sahibi olacaq?

image-fttbackend

“Qarabağ” klubunun 2025/26 mövsümü üzrə Çempionlar Liqasının əsas mərhələsindəki şansları dəyərləndirilib.

newsbaku.az “Football Meets Data” statistika platformasına istinadən xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində komandaların tutacağı yerlərin təxminləri bəlli olub.

1/8 finala birbaşa vəsiqə qazanacaq komandaların “Arsenal”, “Liverpul”, “Real Madrid”, “Barselona”, “İnter”, “Mançester Siti”, “Çelsi” və PSJ-nin olması təxmin edilir.

Bu mərhələ üçün “Qarabağ”ın 0.1% şansı var. Superkompüter isə ilk 24 komanda arasında qərarlaşması üçün Ağdam təmsilçisinə 9% şans verib.

Qeyd edək ki, “Qarabağ” ÇL-də ilk oyununu sentyabrın 16-da “Benfika”ya qarşı keçirəcək.

image-ft

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki