“Maliyyə buludu və İnformasiya Texnologiyaları ilə idarə olunan xidmətlər” mövzusunda B2B görüş keçirilib.

image-whatsapp-image-2025-07-09-at-12-09-54-3backend

newsbaku.az xəbər verir ki, 8 iyul tarixində Bulutistan şirkəti və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı, Azintelecom, SabancıDX və CyberCyte şirkətlərinin tərəfdaşlığı ilə “Maliyyə buludu və İnformasiya Texnologiyaları ilə idarə olunan xidmətlər” mövzusunda, səhər yeməyi formatında B2B görüş baş tutub.

Tədbirin məqsədi “Maliyyə buludu” və idarə olunan İT xidmətləri mövzusunda fikir və təcrübə mübadiləsini təşkil etməkdir.

Açılış nitqini ATİB-in İdarə Heyətinin üzvü Nigar Ələsgərova edib. Ardınca Bulutistan şirkətinin Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan üzrə ölkə müdiri Samir Nuriyev, millət vəkili Ceyhun Məmmədov, Bulutistan şirkətinin MDB ölkələri üzrə baş icraçı direktoru Mutlu Ataç, SabancıDX şirkətinin satış rəhbəri Cem Özenç, CyberCyte şirkətinin təsisçisi Umut Yeşilırmak və StudioDx şirkətinin satış və müştəri əlaqələri üzrə rəhbəri Hamza Çobanoğluçıxış ediblər.

Açılış çıxışlarının ardından Biznes konsultant Anar Məmmədovun moderatorluğu ilə panel müzakirəsi start götürüb. Paneldə spiker qismində Bulutistan şirkətinin Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan üzrə ölkə müdiri Samir Nuriyev, CyberCyte şirkətinin təsisçisi Umut Yeşilırmak, SabancıDX şirkətinin satış rəhbəri Cem Özenç çıxış ediblər.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında gələcək əməkdaşlıqların inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, tədbirdə bank, fintex, maliyyə və bənzər şirkətlərin rəhbər şəxsləri və qurucularından ibarət 35 nəfər iştirak edib.

image-whatsapp-image-2025-07-09-at-12-09-52 image-whatsapp-image-2025-07-09-at-12-09-53 image-whatsapp-image-2025-07-09-at-12-09-53-1 image-whatsapp-image-2025-07-09-at-12-09-53-2 image-whatsapp-image-2025-07-09-at-12-09-53-3 image-whatsapp-image-2025-07-09-at-12-09-54 image-whatsapp-image-2025-07-09-at-12-09-54-1 image-whatsapp-image-2025-07-09-at-12-09-54-2 image-whatsapp-image-2025-07-09-at-12-09-54-3 image-whatsapp-image-2025-07-09-at-12-09-55

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki