Lənkəran çimərlikləri – Giriş qiymətləri qalxıb, xidmət səviyyəsi necə?

image-xqoyp1fzh4flatlyplmokhsa5yetizm1tsn9r4p6_1200backend

Bu il yay fəsli daxil olandan hava şəraiti qeyri-sabit keçdiyi üçün çimərliyə gedənlər demək olar ki, olmadı. Lakin bir neçə gündür ki, əsl çimərlik havası var və dənizə üz tutanların sayı-hesabı yoxdur. Ölkəmizin əsasən cənub rayonlarının sakinlərinin istifadə etdiyi çimərliklər Lənkəran ərazisində yerləşir.

newsbaku.az Oxu.az -a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, bu il çimərliklərə giriş qiymətləri iki dəfə bahalaşıb:

“Ötən il giriş bir nəfər üçün bir manat təşkil edirdisə, bu qiymət bu il iki manatdır. Bu qiymətə yalnız boş stol-stul daxildir. Həmçinin bu il özümüzlə qarpız, yemiş və samovar gətirə bilmərik. Onları girişə qoyub, çimərliyə girməliyik. Bunu nəzarətçilər ətrafın zibillənməsi ilə əlaqələndirirlər”, – deyə sakinlər qeyd edir.

Sakinlər çimərliklərə gedən yolların keçilməz olmasından da gileylənirlər. Onların sözlərinə görə, yolların təmirsiz olması, nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına səbəb olur.

Qeyd edək ki, əksər Lənkəran çimərliklərinin özəl xüsusiyyəti var. Belə ki, çimərliklər maneələrlə iki hissəyə bölünür: bir tərəfdə ailələr, digər tərəfdə isə ancaq kişilər istirahət edir.

image-ulowzljj03dvxzgwxrejivkoreur77a689zq09ih_1200

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki