Kürdəmirdə BMW ilə düşdüyü ağır qəzada ölən VƏZİFƏLİ ŞƏXS İMİŞ: Atası da məmur olub

image-carro-batido-1backend

Bu gün Kürdəmirdə ağır yol qəzası baş verib.

newsbaku.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kürdəmir şəhərinin Vaqif küçəsində 1999-cu il təvəllüdlü Rüstəm Şahin oğlu İsmiyevin idarə etdiyi BMW markalı avtomobil VAZ-2106 ilə toqquşub. Rüstəmin idarəetməsindən çıxan avtomobil daha sonra yol kənarındakı mağazaya çırpılıb.

Nəticədə sürücü aldığı ağır xəsarətlərdən ölüb.

Qeyd edək ki, 26 yaşlı R.İsmiyev Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd üzrə nümayəndəsinin müavini vəzifəsinə çalışırmış. Onun atası Şahin İsmiyev isə uzun müddət DSMF-nin bu rayondakı şöbəsində rəhbər vəzifələrdə çalışıb.

Faktla bağlı araşdırma aparılır.

image-sledba0h1ko6eenqjb7btumjuqcyodvquape2u47_640

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki