Gədəbəydə ağır qəza: Qadın və uşaq öldülər

image-femeunbpkjjm2zdx8c1ubltrgxuhl26zm5mot3aw_1200backend

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

newsbaku.az “Report”a istinadən xəbər verir ki, hadisə Maarif kəndində qeydə alınıb.

VAZ-2104 və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər – qadın və uşaq həyatını itirib, daha bir nəfər – 1981-ci il təvəllüdlü Ramiz Həsənəliyev ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki