Bakıda çimərlikdə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

image-mehkemmmmeeebackend

Bakıda çimərlikdə 27 yaşlı Adil Talıbovu qətlə yetirməkdə təqsirləndirilən Mətləb Süleymanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

newsbaku.az  “Report” -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Növbəti prosesi iyulun 21-nə təyin olunub.

Rəsmi məlumata görə, ötən il iyunun 19-da Bakının Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovu 1999-cu il təvəllüdlü Mətləb Süleymanlı rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə qətlə yetirib.

Mətləb Süleymanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki