“Zirə” Türkiyə klubunu məğlub edib

image-izobrazhenie_2025-07-09_234037813backend

Yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” növbəti yoxlama matçını keçirib.

newsbaku.az xəbər verir ki,Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı təmsilçisini qələbəsi ilə yekunlaşıb – 2:1. “Qartallar”ın qollarını 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batie vurublar.

Qeyd edək ki, “Zirə” daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.

newsbaku.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki