Yekaterinburqda qətl işi üzrə təqsirləndirilən azərbaycanlıların həbs müddəti uzadıldı

image-8ze5isla9cbgz6jtbg56a2bvvjnrs6p8zarpg2v2_1200backend

Məhkəmə Rusiyanın Yekaterinburq şəhərində əvvəlki illərdə qətl törətməkdə təqsirləndirilən altı azərbaycanlı barəsində həbs qətimkan tədbirini oktyabrın 19-dək uzadıb.

newsbaku.az-ın xəbərinə görə, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

“Yekaterinburqun Verx-İset Rayon Məhkəməsi Səfərov Kamal Qədimalı oğlu, Səfərov Akif Möhbalı oğlu, Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu və Səfərov Bakir Mehdi oğlu və Səfərov Bakir Mehdi oğlu oğlunun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin vəsatətlərini nəzərdən keçirib. Materiallara baxdıqdan sonra, məhkəmə müstəntiqin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxslərin həbs müddətini 2025-ci il oktyabrın 19-dək uzadıb”, – məlumatda bildirilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki