Türkiyədə əkin sahəsində başlayan yanğın meşə massivinə keçib

image-zhig4ew8w180pubhzltcqs5v3sijzhdfc40pi5bd_1200backend

Türkiyənin Təkirdağ vilayətinin Şarköy bölgəsində əkinçilik sahəsində başlayan yanğın artıq meşəlik əraziyə keçib.

newsbaku.az “Haber Global”a istinadən xəbər verir ki, hazırda ərazidə 60 su maşını və 350 yanğınsöndürən alovla mübarizə aparır.

Yanğın zamanı tüstüdən boğulan dörd nəfər xəstəxanaya yerləşdirilib.

Yanğınla mübarizə aparılan digər yer Türkiyənin Çanaqqala vilayətinin Ayvacık bölgəsidir. Ayvacıkda bəzi sakinlərin təxliyə edildiyi bildirilir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki