Tramp “Supermen” obrazında: Ağ Ev qeyri-adi paylaşımla təəccübləndirdi

image-ile8njltjibcqijkev5warmwz8mmee1tluyywnqk_1200backend

Ağ Evin Mətbuat Xidməti gözlənilməz bir şəkildə ABŞ Prezidenti Donald Trampı “DC Comics” aləminin məşhur superqəhrəmanı – “Supermen” obrazında təqdim edib.

newsbaku.az xəbər verir ki, paylaşım prezident Administrasiyasının “X” sosial şəbəkəsindəki rəsmi hesabında yerləşdirilib.

Süni intellekt texnologiyaları ilə yaradılmış təsvir, ABŞ liderini klassik mavi kostyumda, qırmızı plaşla və sinəsində məşhur “S” hərfi ilə göstərib. Paylaşım bu yazı ilə müşayiət olunub: “Ümid simvolu. Həqiqət. Ədalət. Amerika yolu. Supermen Tramp”.

Bu paylaşım ABŞ cəmiyyətində maraq və təəccüblə qarşılanıb.

image-whatsapp-image-2025-07-11-at-14-53-05

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki