Tanınmış oftalmoloqa cinayət işi açılıb

image-skill-e1526259995485backend

Tanınmış oftalmoloq Cahid Şahbazova cinayət işi açılıb.

newsbaku.az-ın xəbər verir ki, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda C.Şahbazov barəsində cinayət işi başlanılıb.

Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov istintaqa cəlb olunub.

Qeyd edək ki, vətəndaş Humay Əliyeva Axşam.az-a müraciət edərək, Cahid Şahbazov tərəfindən əməliyyat olunduğunu və müdaxilə nəticəsində gözünün görmə qabiliyyətini itirdiyini bildirmişdi. Onun sözlərinə görə, aparılan tibbi ekspertiza əməliyyatın uğursuz olduğunu təsdiqləyib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki