Sumqayıtda 36 yaşlı qadın küçədə bıçaqlanıb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Kamran Dadaşlı qonşusu, 1989-cu il təvəllüdlü Mehriban Abdullayeva ilə mübahisə edib. Mübahisə nəticəsində o, qadını bıçaqlayıb.
M.Abdullayeva Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.
newsbaku.az