Şıx çimərliyində istirahət üçün hazırlanmış konstruksiyalar dağıdılıb – ŞİKAYƏT

image-cbackend

“Şıx çimərliyində istirahət üçün hazırlanmış konstruksiyalar dağıdılıb”.

 newsbaku.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sahibkar Röyal Məmmədov məlumat verib.

Sahibkar bildirib ki, ərazidə problem olmamasına baxmayaraq, Səbail Rayonu İcra Hakimiyyətinin əməkdaşları tərəfindən avadanlıqlar yararsız hala salınıb.

Onun sözlərinə görə, əməkdaşlar dağıdılma üçün hər hansı bir əsas göstərməyiblər:

“Heç bir xəbərdarlıq və məlumat verilmədən, səbəb göstərilmədən ərazi yarım saat ərzində dağıdılaraq pis vəziyyətə salınıb”.

newsbaku.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki