Londonun “Çelsi” klubunun futbolçusu Kol Palmer sevgilisindən evlilik təklifi aldığı üçün ayrılıb.
newsbaku.az xəbər verir ki, bu barədə “znews” məlumat yayıb.
Nəşr iddia edir ki, qız 23 yaşlı futbolçuya evlilik təklifi edib və bir il ərzində onu evlənməyə razı salmağa cəhd göstərib.
Lakin Palmer evlilik təklifindən imtina edib və ondan ayrılıb. O bildirib ki, “evlənmək üçün çox gəncdir” və bütün diqqətini karyerasına yönəltmək istəyir.
Qeyd edək ki, iyulun 14-də Kol Palmer “Çelsi”nin heyətində FIFA Klublararası Dünya Çempionatının qalibi olub və turnirin ən yaxşı futbolçusu seçilib.
newsbaku.az