Rusiyanın Tula vilayətinin Bunırevo kəndində dəhşətli faciə baş verib: Yerli çimərliyə ildırım düşməsi nəticəsində üç nəfər, o cümlədən bir uşaq həlak olub.
newsbaku.az bu barədə “Pervıy Tulskiy” “Telegram” kanalına istinadla xəbər yayıb.
Hadisə şahidlərinin sözlərinə əsasən, ildırım qəfil şəkildə bir qrup istirahətçinin üstünə düşüb. Nəticədə onlardan üçü, o cümlədən bir yeniyetmə hadisə yerində həlak olub. Qalanları xəsarət alıb, onlara tibbi yardım göstərilib.
Ümumilikdə xəstəxanaya iki nəfər aparılıb – biri ağır, digəri orta ağır vəziyyətdə. Körpə də daxil olmaqla digər iki zərərçəkənə yerində yardım göstərilib.
Məlumata görə, ildırım o qədər güclü olub ki, insanların paltarları yanıb.
Qeyd olunur ki, ildırım çayın yanındakı nəm quma düşüb. Bundan sonra yaxınlıqda olan bir neçə nəfəri cərəyan vurub. Lakin tərlikdə olanlar və ya əhəmiyyətli məsafəyə çəkilməyə macal tapanlar sağ qalıblar. İlkin məlumata görə, ölən üç nəfərin hamısı çimərlikdə ayaqqabısız olub.
Rusiya İstintaq Komitəsinin Tula vilayəti üzrə İdarəsi hadisə ilə bağlı prosessual yoxlamaya başlayıb.
newsbaku.az