Rusiya ordusu Ukraynada daha bir neçə yaşayış məntəqəsini işğal edib

image-izobrazhenie_2025-07-07_135421456backend

Rusiya qoşunları son sutka ərzində Ukraynanın Sumı və Dnepropetrovsk vilayətlərində yaşayış məntəqələrini işğal edib.

newsbaku.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatdan aydın olur.

Departament qeyd edib ki, “Şimal” qoşun qruplaşmasının hərəkətləri nəticəsində Sumı vilayətinin Bessalovka qəsəbəsi nəzarətə götürülüb.

Həmçinin “Mərkəz” qoşun qruplaşması Dnepropetrovsk vilayətinin Daçnoye yaşayış məntəqəsini işğal edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya qoşunları Xarkov vilayətinin Melovoye və Donetsk vilayətinin Razino yaşayış məntəqələrində nəzarəti ələ keçirib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki