2024-cü il fevralın 13-də Bakıda dəhşətli ailə qətliamı baş verib.
Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, saat 16 radələrində Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhmədov, 1977-ci il təvəllüdlü Pikə Əhmədova və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovun qətlə yetirilməsi barədə 35-ci Polis Bölməsinə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Bakı şəhər sakini Əhməd Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan əlavə, müəyyən edilib ki, Əhməd Əhmədov bir qədər əvvəl Suraxanı rayonunda da bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun qızı, 2021-ci il təvəllüdlü Ülviyyə Niftəliyevanı qətlə yetirib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Yeni Günəşli qəsəbəsi, “D” massivində yerləşən yaşayış kompleksindəki mənzili açarkən qadınla azyaşlı övladının meyitlərini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
newsbaku.az