Marko Roys klub prezidenti oldu

image-gyz1z7mhwsjd8xfgluosbxpeugjqowiuxvhyrknx_1200backend

“Borussiya Dortmund”un sabiq futbolçusu, hazırda “Los-Anceles Qelaksi”nin formasını geyinən Marko Roys klub prezidenti olub.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda Almaniya mətbuatı məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçi Almaniyanın Baller Media Liqasında mübarizə aparan “Leqasi Ballers” klubunun prezidenti olub.

Beləliklə, Roys Kristof Kramer, Maks Kruz və Kevin-Prins Boatenq kimi ulduzlara qoşularaq, liqanın ən yüksəkprofilli prezidentlərindən birinə çevrilib.

Qeyd edək ki, Baller Liqası Avropanın ən məşhur futbol media layihələrindən biridir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki