İsrailin Dohaya hücumundan sağ çıxan HƏMAS liderləri ilk dəfə görünüblər

image-x7erryzubhtoxpjggbhcpeb4lroqedxynlfzqiwl_1200backend

İsrailin hava hücumlarından sağ çıxan HƏMAS liderləri ilk dəfə ictimaiyyət qarşısına çıxıblar.

newsbaku.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir.

Mediada yayılan görüntülərdə HƏMAS-ın bir neçə liderinin, o cümlədən Usamə Həmdan, İzzat ər-Rişq və Hussam Bədranın İsrailin hərəkatın Dohadakı qərargahına hücumu nəticəsində həlak olanların dəfn mərasimində ilk dəfə görünməsi əks olunub.

HƏMAS həmçinin açıqlamasında bildirib ki, hərəkatın siyasi bürosunun rəhbəri Xəlil əl-Həyyin həyat yoldaşı və gəlini Hummam əl-Həyy və bir neçə nəvəsi Dohadakı iqamətgahlarına hücum nəticəsində yaralanıblar.

Xatırladaq ki, İsrail ordusu sentyabrın 9-da HƏMAS təşkilatının Qətərin paytaxtı Dohada yerləşən qərargahına havadan zərbə endirib. Əvvəl HƏMAS lideri və təşkilatın idarə heyətinin əsas üzvlərinin öldürüldüyü açıqlansa da, daha sonra məlumat təsdiqini tapmayıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki