Rusiya kəşfiyyatı: “NATO Moldovanı Moskva ilə müharibəyə hazırlayır”

image-jjjjjjjjjjjjbackend

NATO Moldovanı aktiv şəkildə Rusiya ilə mümkün silahlı münaqişəyə cəlb etməyə hazırlaşır.

newsbaku.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.

Qeyd olunur ki, Brüsseldə Rusiya qoşunlarının Ukraynada irəliləməsi nəzərə alınmaqla Moldovanın NATO-nun şərq cinahında “ön plasdarm”a çevrilməsini sürətləndirmək barədə qərar qəbul edilib.

Rusiya Xarici Kəşfiyyat Xidməti hesab edir ki, NATO rəhbərliyi Moldovanı qurumun müharibə konsepsiyasını mənimsəməyə məcbur edir.

Məlumatda, həmçinin qeyd olunur ki, Moldova ordusu NATO üzvü olan ölkələrin hərbi təlimatçıları ilə doldurulur və bu ölkədə alyansın ixtisaslaşmış tədris və təlim mərkəzləri fəaliyyət göstərir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki