“İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl paraflaya (beynəlxalq müqaviləni, sazişi rəsmən imzalanana qədər ilkin imzalamaq – red.) bilər”.
newsbaku.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
“Bəli, belə bir ideya da var. Belə bir fikir müzakirə masasındapdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir.
newsbaku.az