Ötən il övladlığa götürülən uşaqların sayı açıqlanıb

image-a01c307e-a86c-38d1-b040-41dad6a82315_850backend

Ötən il övladlığa götürülən uşaqların sayı artaraq 165 uşaq olub.

newsbaku.az xəbər verir ki, bu barədə “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı statistik məcmuədə bildirilib.

Məlumata əsasən, 2023-cü ildə bu göstərici 137 nəfəri əhatə edib.

2024-cü ildə övladlığa götürülən uşaqlardan 26-sı bir yaşadək, 86-sı 1-5 yaş, 31-i 6-10 yaş, 22-si isə 11-17 yaşda olan uşaqlardır.

Ötən il övladlığa götürülən bir qız uşağının övladlığa götürülməsi barədə qərarı ləğv edilib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki