Marketlərdə soğan YIĞIŞDIRILIR

image-sbackend

ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA), Listeria monocytogenes bakteriyası daşıma riski olan bəzi tərəvəz məhsulları, xüsusilə doğranmış qırmızı soğanlar üçün təcili geri çağırılma qərarı verib. Mütəxəssislər istehlakçıları məhsul kodlarını diqqətlə yoxlamağa və mümkün simptomlara qarşı ehtiyatlı olmağa çağırıblar.

newsbaku.az bildirir ki, Texas ştatında yerləşən “Salad and Go” qida şirkətinə məxsus “Go Concepts LLC” şirkəti 27 may tarixində bəzi məhsullarını könüllü şəkildə geri çağıracağını açıqlamışdı. FDA isə 11 iyulda bu prosesə rəsmi olaraq “I-ci Sınıf Risk Kateqoriyası” verdiyini bildirərək ictimaiyyəti rəsmi şəkildə xəbərdar edib. Bu kateqoriya, məhsulun istifadəsi və ya ona məruz qalınması nəticəsində ciddi sağlamlıq problemləri və ya ölüm hallarının mümkün olduğu vəziyyətlər üçün nəzərdə tutulur.

Hansı məhsullar geri çağırılır?

Geri çağırılan məhsullar küp şəklində doğranmış qırmızı soğanlar, qırmızı dolmalıq bibər, dilimlənmiş xiyar, rəndələnmiş yerkökü, pişmiş səhər yeməyi kartofları, qovrulmuş Brüssel kələmi yer alır:

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki