Kirayə mexanizmi çərçivəsində daha 206 mənzil satmaq öhdəliyi ilə təqdim edilir

image-abackend

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 206 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir.

newsbaku.az AZƏRTAC-a istinadən xəbər verir ki,  Fonddan bildirilib ki, yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347,16 manatdan başlayır. Yeni mənzillər seçim üçün 22.07.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq.

Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu link vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət Portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7285 kirayə müqaviləsi bağlanılıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki