İran Oman dənizində qaçaqmalçılıq yolu ilə 2 milyon litr yanacaq daşıyan neft tankerini ələ keçirib.
newsbaku.az “Mehr” agentliyinə istinadən məlumat verir ki, xəbəri Hormozqan vilayətinin baş prokuroru Müctəba Qəhrəmani də təsdiq edib.
O qeyd edib ki, gəmi Oman dənizində monitorinq zamanı saxlanılıb. Neft tankerinə baxış zamanı onun sənədlərinin natamam olduğu müəyyən edilib.
Tanker kapitanı da daxil olmaqla 17 nəfər saxlanılıb.
newsbaku.az