İran hakimiyyəti əfqan mühacirləri ölkədən niyə çıxarır?

image-cyk1sb0s2u0bhsiipu50dccdq6lyiwinlq1nmyzt_1200backend

12 günlük İsrail-İran müharibəsindən sonra İran siyasi gündəminin əsas mövzularından biri də ölkədə məskunlaşmış milyonlarla əfqan mühacirin zorla ölkədən çıxarılması olub.

newsbaku.az  xəbər verir ki, bu barədə “Azad İran” “YouTube” kanalında dərc edilən yeni videosüjetdə qeyd olunur.

“Doğrudur, ölkəyə qaçqın kimi daxil olmuş əfqanların İrandan deportasiya edilməsi ilə bağlı müzakirələr və çağırışlar bir neçə ildir davam edir, bu yöndə İranda hakimiyyəti də ötən ilin sonundan başlayaraq müəyyən addımlar atıb, lakin iyul ayının əvvəlindən etibarən əfqan mühacirlərin ölkədən məcburi şəkildə çıxarılması özünün kütləviliyi baxımından görünməmiş miqyas alıb və medianın, beynəlxalq təşkilatların, sosial şəbəkə fəallarının geniş diqqətini çəkib.

Həmin diqqəti şərtləndirən məsələlərdən biri deportasiyaya məruz qalan əfqanların İran polisi və məmurlarının ciddi təzyiqi və bir çox hallarda zorakılığı ilə üzləşməsi, bununla bağlı faktların ictimailəşməsidir.

Hətta İran-Əfqanıstan sərhədində qurulmuş deportasiya düşərgələrində yayın istisində dözülməz şəraitdə saxlanan əfqanlar arasında aclıqdan və susuzluqdan ölənlərin olduğu barədə məlumatlar yayılıb.

Xüsusən qadınların, uşaqların və yaşlıların məruz qaldığı əzab-əziyyət barədə əfqan jurnalistlərin reportajları geniş əks-səda doğurub. Eyni zamanda, dünən İran sərhədçilərinin açdığı atəş nəticəsində 27 yaşlı bir Əfqanıstan vətəndaşının öldüyü, digərinin isə yaralandığı barədə məlumat yayılıb”, – deyə videosüjetdə qeyd olunur.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki