Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub və Ukraynada məsələsi müzakirə edilib.
newsbaku.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat veriblər.
“Nazirlər arasında telefon danışığı bu gün, avqustun 7-də baş tutub. Rusiya və Ukrayna arasında danışıqlardakı vəziyyət müzakirə olunub”, – deyə mənbələr qeyd ediblər.
newsbaku.az