Goranboyda avtomobil aşdı: Xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

image-wvutqoppwqsmhajgp8sxnqbackend

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Avqustun 26-sı saat 01:10-da Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bir nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1996-cı il təvəllüdlü şəxsə başın və döş qəfəsinin dəqiqləşdirilməmiş travması diaqnozu təyin olunub.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir, deyə məlumatda qeyd olunub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki