Qobustan rayonunun Təklə kəndində qətl hadisəsi baş verib.
newsbaku.az xəbər verir ki, ailə münaqişəsi zəminində kənd sakini Orucağa Ağayevin gəlini Günel Ağabəylini bıçaqla qətlə yetirdiyi bildirilir. Qeyd edək ki, hadisə zamanı gəlinin qayınanası 66 yaşlı Sevil Ağayeva da ağır bıçaq xəsarətləri alıb. O, Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən 68 yaşlı Orucağa Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Qobustan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
newsbaku.az