“Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib”.
newsbaku.az Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Bəli, Ermənistan ŞƏT-ə üzvlük üçün müraciət edib. Bu, bizim balanslaşdırma və balanslaşdırılmış xarici siyasət yürütmək gündəmimizə uyğundur. Və biz işləməyə davam edəcəyik”, – deyə Paşinyan bildirib.
O qeyd edib ki, Ermənistan ŞƏT-in tərəfdaşıdır və bu addımlar təsadüfi deyil.
newsbaku.az