Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa bəyan edib ki, Suriya xalqı müharibədən qorxmur və öz ləyaqətini qorumaq üçün döyüşməyə hazırdır.
newsbaku.az xəbər verir ki, Əhməd əş-Şaraanın açıqlamasını yerli KİV yayıb.
Əş-Şaraa druzları Suriyanın ayrılmaz hissəsi adlandırıb:
“Biz sıralarımıza nifaq salmaq üçün istənilən cəhdi rədd edirik. Biz hamımız bu torpaqda tərəfdaşıq və heç bir qrupa Suriyanın gözəl imicini və onun müxtəlifliyini dəyişməyə imkan verməyəcəyik”.
Suriyanın keçid dövrünü prezidenti vurğulayıb ki, druzların hüquq və azadlıqlarının qorunması Suriyanın keçid hökumətinin əsas prioritetlərindən biridir.
newsbaku.az