Böyükşor şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
newsbaku.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Avqustun 25-i saat 16:30-da Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub.
Briqada tərəfindən 3 nəfərin (hər biri kişi cinsli) müraciəti qeydə alınıb. Onlardan 2 nəfərə yerində ilkin tibbi xidmət göstərilib, 1 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Sağ əlin sınığı, döş qəfəsinin küt travması diaqnozu təyin edilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb”, – məlumatda bildirilib.
newsbaku.az