“Qalatasaray” klubunda icarə əsasında çıxış edən və “Milan” klubuna məxsus olan Alvaro Morata karyerasını “Komo”da davam etdirəcək.
newsbaku.az “Beinsports”a istinadən xəbər verir ki, bunu “Komo” klubunun prezidenti Miruan Suarso mediaya açıqlamasında özü bəyan edib.
Klub prezidenti “Milan”la danışıqların başa çatdığını, futbolçu ilə müqavilə şərtlərini razılaşdırdıqlarını bildirib.
Qeyd edək ki, bu mövsüm “Qalatasaray” forması ilə 16 rəsmi oyunda meydana çıxan Alvaro Morata ümumilikdə yeddi qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
newsbaku.az