Ağdam sakini: Keçirdiyim hissləri sözlə ifadə etmək çətindir

image-1200-1backend

Keçirdiyim hissləri sözlə ifadə etmək çətindir.

newsbaku.az Report-aistinadən xəbər verir ki, bunu Ağdam rayonunun Xıdırlı kənd sakini Amil Qurbanov deyib.

O, qeyd edib ki, sevincinin həddi-hüdudu yoxdur: “Çox sevincliyik. Allaha şükür ki, yurdumuza qayıdırıq.

Bizim doğma yurdumuza qayıdışımızda rolu olmuş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Prezidentimizə, Ali Baş Komandanımıza minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Azad olunan ərazilərimizə qayıdışımız onların sayəsindədir”.

A.Qurbanov qeyd edib ki, Ağdamı tərk edəndə yeniyetmə imiş: “Mən Ağdamı məcburi tərk edəndə 13 yaşım vardı. Bu illər ərzində övladlarıma Qarabağ barəsində o qədər danışmışdım ki, yalan olmasın, həmin yerləri bizdən yaxşı tanıyırlar.

Şükür Allaha, işğaldan azad olunan ərazilərimiz gündən-günə çiçəklənir. Ağdamı yerlə-yeksan etmişdilər. Amma indiki Ağdama baxanda adamın ürəyi fərəhlənir. Yurduma ailəmlə – həyat yoldaşım, iki qızım, bir oğlumla qayıdıram. Məcburi köçkün həyatı bitib”.

Qeyd edək ki, Ağdamın Xıdırlı kəndinə köç karvanı yola salınıb. Belə ki, daha 60 ailə (236 nəfər) doğma yurduna qayıdıb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki