ABŞ-nin Nümayəndələr Palatasında çıxışın uzun çəkməsinə görə rekord qırıldı

image-izobrazhenie_2025-07-04_151022951backend

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakim Ceffris Konqresin aşağı palatasında çıxışın uzun çəkməsinə görə tarixi rekorda imza atıb.

newsbaku.az bu barədə “RİA Novosti” agentliyinə istinadla xəbər verir.

Belə ki, siyasətçi 8.5 saatdan çox fasiləsiz danışıb.

O bunu “sehrli dəqiqə” qaydasından yararlanaraq bacarıb. Sözügedən qayda Nümayəndələr Palatasında partiya liderlərinə qeyri-məhdud müddətə danışmağa imkan verir.

Ceffris çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın xərclər və vergilərlə bağlı qanununu tənqid edib.

Qeyd edək ki, buna qədər rekord Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkartiyə məxsus olub. O, 2021-ci ildə 8 saat 32 dəqiqə danışıb.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki