Viktor Osimheni İstanbulda çoxsaylı azarkeş kütləsi qarşılayıb

image-1200-1backend

Nigeriya millisinin hücumçusu Viktor Osimhen “Qalatasaray” komandası müqavilə imzalamaq üçün yola düşdüyü İstanbula çatıb.

newsbaku.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, futbolçunu hava limanında çoxsaylı azarkeş kütləsi qarşılayıb.

Nigeriyalı ulduz hücumçusu aeroportda açıqlama verib: “Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Çox həyəcanlıyam, sevdiyim yerə gəldim”.

Qeyd edək ki, futbolçunu İstanbula aparan təyyarənin marşrutunu izləmək üçün “Qalatasaray”ın açdığı canlı yayımı 2 milyon 50 min nəfər izləyib.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki