Bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinə yekun vurulacaq.
newsbaku.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.
“Dinamo Minsk” klubu “Ludoqorets”lə, “Linfild” isə “Şelbrun”la üz-üzə gələcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, təmsilçimiz “Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
Saat 22:45, “Dinamo Minsk” – “Ludoqorets”;
Saat 22:45, “Linfild” – “Şelbrun”.
newsbaku.az