Tomas Müllerin yeni klubu bəlli oldu

image-img_2809backend

Alman futbolçu Tomas Müller Amerika Futbol Liqasının (MLS) “Vankuver” klubuna keçib.

newsbaku.az xəbər verir ki, bu barədə komandanın Mətbuat Xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqavilə cari mövsümün sonuna kimi hesablanıb.

Qeyd edək ki, Müllerin 35 yaşı var. O, 2008-2025-ci illərdə çıxış etdiyi “Bavariya”nın yetirməsidir.

Münhen komandası ilə birlikdə yarımmüdafiəçi 12 dəfə Almaniya çempionu olub ki, bu da turnirin rekordudur. O həmçinin kubokda altı, ölkə Superkubokunda səkkiz qələbə qazanıb, iki dəfə Çempionlar Liqası, Klublararası Dünya Çempionatı və UEFA Super Kubokunun qalibi olub.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki