Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” ABŞ elektromobil istehsalçısı “Tesla” ilə mikroelektronika istehsalı üzrə uzunmüddətli müqavilə imzalayıb.
newsbaku.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilir ki, sazişin məbləği 16.5 milyard dollar təşkil edir və 2033-cü ilin sonunadək qüvvədə olacaq.
Məlumata görə, “Tesla” ilə yeni müqavilə “Samsung”un mikroçip istehsalçıları bazarında öz mövqelərini itirdiyi bir dövrdə bağlanıb. Hazırda şirkət mikroelektronika istehsalı üçün öz güclərini tam yükləmək üçün kifayət qədər sifariş almır.
newsbaku.az