Şaraa keçid dövründə Suriya Prezidenti kimi tanındı

image-1734789826_f4573900-bdb2-11ef-aff0-072ce821b6ab_pngbackend

29 yanvar 2025 tarixindən etibarən Əhməd Hüseyn əş-Şaraa ( Əbu Məhəmməd əl-Colani) Suriya keçid dövrünün prezidenti kimi tanınır.

O, 2017–2025-ci illər arasında “Həyat Təhrir əş-Şam” (HTŞ) təşkilatının lideri olaraq Suriya müxalifətinə rəhbərlik edib.

newsbaku.az xəbər verir ki, ABŞ illərlə HTŞ-ni terror təşkilatı kimi tanısa da, sabahdan etibarən bu təşkilatı rəsmi şəkildə terror siyahısından çıxaracaq. Bu barədə məlumatı İranın “Tasnimnews.com” saytı, ABŞ dövlət katibi Marko Rubioya istinadla yayıb.

İran isə əl-Colanini regionun ən böyük terrorçusu adlandırır və devrilmiş Bəşər Əsədi Suriya dövlətinin qanuni rəhbəri kimi tanımaqda davam edir.

newsbaku.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki