İsrail Müdafiə Ordusunun (SAXAL) Suriya ərazisində İranla əlaqəli olduğu iddia edilən yaraqlıların saxlanılması ilə bağlı yaydığı məlumatlar əsassızdır.
newsbaku.az xəbər verir ki, bu barədə Suriya XİN-in rəsmi nümayəndəsi Kütəybə İdlibi “Al Arabiya” telekanalına müsahibəsində danışıb.
“Bizim əlimizdə bu cür fəaliyyətlərlə bağlı konkret kəşfiyyat məlumatları yoxdur”, – deyə İdlibi Suriya ərazisində İranyönümlü qruplaşmaların mövcudluğu ilə bağlı suala cavabında bildirib.
Diplomat həmçinin qeyd edib ki, bu kimi potensial təhlükələrin qiymətləndirilməsi və Suriyanın suverenliyinin pozulmasının qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq, həmçinin yeni hökumətlə dialoq xüsusi əhəmiyyət daşıyır.
newsbaku.az